Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Aktual / “Diaspor sədri” fırıldaqlarının qurbanı oldu: – Almaniyadan qovuldu?

“Diaspor sədri” fırıldaqlarının qurbanı oldu: – Almaniyadan qovuldu?

Özünü Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri kimi təqdim edən Rəşad Quliyevin Almaniyadan deport edildiyi haqda informasiya yayılıb.

Axar.az xəbər verir ki, iddiaya görə, Almaniyadan deport edilən R.Quliyev hazırda Rusiyadadır və Avropaya getmək yollarını axtarır.

Bu, R.Quliyev haqda yayılan ilk belə məlumat deyil. Bundan öncə də R.Quliyevin Almaniyadan deport olduğu, Belçika pasportu ilə dolaşdığı, yalnız sənədlərində dəyişiklik etdikdən sonra Almaniyaya qayıda bildiyi haqda 2015-ci ildə məlumat yayılmışdı.

Yayılan bu məlumat isə R.Quliyevi yenidən gündəmə gətirir. Bu şəxs, ümumiyyətlə, kimdir?

R.Quliyev haqda vaxtaşırı olaraq mediada şikayətlər səsləndirilir. Bunlardan biri isə 2016-cı ildə baş verən hadisədir. Belə ki, Oğuz rayon sakini İntiqam Əliyev 2017-ci ilin yanvar ayında Axar.az-a müraciət edərək, Rəşad Quliyevin onu aldatdığını və 12 min avro məbləğində vəsaitini mənimsədiyini bildirmişdi.

“Mənim oğlum Əliyev Rantik 3 il əvvəl Almaniyaya getmişdi. Nürnberq şəhərində yaşayırdı. Oğlum nevroloji xəstə olduğuna görə orada müalicə alırdı, dövlət də dəstək verirdi. Lakin bir müddətdən sonra alman hökuməti oğlumu heç bir səbəb göstərmədən deportasiya etdi.

Rantik ölkəyə gəldikdən bir müddət sonra yenidən Almaniyaya getmək istədi. Ancaq Avropadan deportasiya olduğu üçün heç bir ölkə viza vermirdi.

Biz ötən ilin (2016-cı il nəzərdə tutulur – red.) avqustunda Bakıda turizm şirkətlərindən birində çalışan Nərminə adlı xanıma müraciət etdik. O isə bu məsələdə Almaniyada yaşayan, diaspor fəaliyyəti ilə məşğul olan Rəşad Quliyevin bizə yardım edəcəyini dedi. Bildirdi ki, R.Quliyev bu işlərlə məşğul olur. Rəşad Quliyev ilə telefon vasitəsilə tanış olduq. O, oğlumun Almaniyada problemsiz qalacağına söz verdi və bu işin 24 min avroya başa gələcəyini dedi. Pulun yarısını indi, yarısını isə iş düzələndən sonra verməli idik.

Rəşad bizə dedi ki, ona vizanı alacaq, daha sonra Rantik orada Almaniya vətəndaşı olan bir qadınla saxta nikaha daxil olacaq və bu ölkənin vətəndaşına çevriləcək.

Oğlumun müalicə olunması naminə bu işə qol qoydum – 7550 və 6000 dollar olmaqla pulu 1 gün fərqlə Rəşad Quliyevin istəyinə uyğun olaraq onun Bakıda yaşayan anası Dünyaxanım Məhərrəmovanın adına açılmış bank hesabına köçürdüm”, – İ.Əliyev deyib.

R.Əliyevin Bakıda yaşayan anasının bank hesabına pul köçürmələrini əks etdirən qəbzləri də redaksiyaya təqdim edən İ.Əliyev bildirmişdi ki, bütün problemlər də bundan sonra başlayıb:

“Rəşad Quliev vəd etdiyinin əksinə olaraq, vizanı ala bilmədi və yaxud buna cəhd etmədi. Məsələ aylarla uzanandan sonra bu işin qurama olduğunu, bizə kələk gəlindiyini anladıq və pulumu geri istədim. Rəşad Quliyev isə heç bir halda pulu qaytarmayacağını dedi və artıq xeyli müddətdir telefon zənglərimizə cavab vermir”.

İntiqam Əliyevin sözlərinə görə, Rəşad Quliyevlə əlaqə yaradan vasitəçi, AB Tour turizm şirkətinin əməkdaşı Nərminə Dadaşovaya təkrar müraciət edəndə o bildirib ki, R.Quliyev daha bir nəfəri aldadıb:

“Nərminə Dadaşova Rəşad Quliyevin dələduzluq etdiyini, hamını aldatdığını bildirdi və aldadılan digər şəxslə bizi tanış etdi. Biz birlikdə R.Quliyevin anasının evinə getdik. Orda pulumuzu tələb edəndən sonra R.Quliyev N.Dadaşova ilə əlaqə saxlayaraq, pulumuzun qaytarılacağına söz verdi. Ancaq aradan bir neçə gün keçəndən sonra məlum oldu ki, R.Quliyevin anası Dünyaxanım Məhərrəmova Bakıdakı evini satışa çıxarıb. O, evini tez-tələsik satıb, Almaniyaya qaçmaq istəyir”.

İ.Əliyev bu dələduzluq əməli ilə bağlı artıq vəkil tutduğunu da bildirdi:

“O məbləği düzəltmək üçün evimi banka girov qoyub, pul götürmüşdüm. İndi bank evimi də əlimdən alır. Artıq vəkillə müqavilə bağlamışam”.

İ.Əliyevin sözlərinə görə, R.Quliyev Almaniyada oturum izni alıb və buna görə də hüquq-mühafizə oprqanlarının ona heç nə edə bilməyəcəyini bildirir:

“Buna görə də hadisə barədə Daxili İşlər Nazirliyi ilə bərabər, Almaniyanın Azərbaycandakı səfirliyinə də müraciət göndərmişəm. Bu şəxs Avropada yaşamaq və işləmək adı ilə mənim kimi xeyli adamı aldadıb”.

Qeyd edək ki, R.Quliyevlə bağlı Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə Baş İdarəsi şikayət edildikdən sonra, R.Quliyevin anasının adına açılan hesabın olduğu rayona – Nizami RPİ-nə göndərilib.

Nizami RPİ-i isə kartdan vəsaitin Almaniyada çıxarıldığını bildirərək, araşdırmalara xitam verib.

“Diaspor sədri” fırıldaqlarının qurbanı oldu:
“Diaspor sədri” fırıldaqlarının qurbanı oldu:
“Diaspor sədri” fırıldaqlarının qurbanı oldu:

Həmçinin oxuyun

İçərişəhərdə nə baş verir? – Tanınmışlar elə şeylər yazdı ki…

Bir neçə gündür sosial şəbəkələrdə İçərişəhər dövlət tarix-memarlıq qoruğu ilə bağlı böyük kampaniya başlayıb. Ölkənin …