Ana səhifə / “Deyirlər ki, qızım və oğlum başqa kişilərdəndir…” – İradə İbrahimova

“Deyirlər ki, qızım və oğlum başqa kişilərdəndir…” – İradə İbrahimova

Türkiyədə yaşayan müğənni İradə İbrahimova həyat yoldaşından boşanıb, ikinci dəfə ailə qurması haqda yayılan xəbərlərə aydınlıq gətirib.
Musavat.com xəbər verir ki, “ATV maqazin 10larla” proqramına açıqlama verən müğənni yayılan məlumatları şayiə adlandırıb:
“İnsanlara demək istəyirəm ki, ikinci dəfə ailə qurmaq ayıb deyil. İkinci dəfə ailə quran xanımları qınayırlar. Ailə bağlı qutudur. Heç kim heç kimin nə yaşadığını bilə bilməz. Hər kəsin ayrılmağa, ailə qurmağa, subay yaşamağa haqqı var.
Mən bir dəfə ailə həyatı qurmuşam. Deyirlər ki,” ikinci dəfə ailə qurmuşam. Övladlarım İpək başqa, Əli başqa kişidəndir. Bunlar şayiədir. Həyat yoldaşım Ceyhun məni şoka saldı, bir anda arıqladı və başqa insan oldu. Gözümü qaraldıb ikinci övladımı dünyaya gətirdim. Əslində, mən 4 övlad istəyirəm”.
Qeyd edək ki, ifaçı türkiyəli iş adamı Ceyhun İzer ilə ailə qurub. Cütlüyün İpək və Əli adlı iki övladı var.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın