Çərşənbə axşamı , Sentyabr 22 2020
Ana səhifə / Aktual / “Deyirlər ki, Hadi Rəcəbli Məhərrəm ayında nəvəsinə toy edib” – Daha bir AÇIQLAMA

“Deyirlər ki, Hadi Rəcəbli Məhərrəm ayında nəvəsinə toy edib” – Daha bir AÇIQLAMA

“Bəzi mətbuat orqanlarında sabiq deputat Hadi Rəcəblinin avqustun 19-da nəvəsinə toy mərasimi təşkil etməsi barədə məlumatlar yayılıb. İddia edilir ki, toy mərasimində 150 nəfər iştirak edib. Bu məlumatlar həqiqəti əks etdirmir”.

Bu barədə Pravda.az-a H.Rəcəblinin ailəsindən məlumat verilib.

Bildirilib ki, avqustun 19-da “ASAN Xidmət” mərkəzində Hadi Rəcəblinin nəvəsi Məhin Rəcəblinin nikah mərasimi olub: “Mərasimdə neçə nəfərin iştirak etdiyini də xidmət mərkəzindən dəqiqləşdirə bilərsiniz. Gənclər daha sonra bunu öz dostları ilə dəniz kənarında – “Sea Breeze” restoranında qeyd ediblər. Mərasimdə cəmi 9 nəfər iştirak edib. Yazırlar ki, 150 nəfər iştirak edib. Bu, yalandır. Orada nə Hadi Rəcəbli, nə də ailə üzvləri iştirak edib. Xalq artisti Emin Ağalarov da orada olub. O, həm də restoranın sahibidir. Ağalarov özü də açıqlama verərək yazılanların yalan olduğunu bildirdi. Hadi Rəcəblinin nəvəsi 2 ildir ki, nişanlı idi. Məsələhət oldu ki, evliliklərini bu cür rəsmiləşdirsinlər. Bu toy deyil axı… Hər şey qaydaya uyğun olub. Böyük restorandır, orada 150 nəfər də ola bilərdi, bu, o demək deyil ki, hamısı bu gənclərə görə gəlib. Hansısa yazını yazmazdan öncə dəqiqləşdirmək lazımdır. Hətta yazmışdılar ki, Hadi Rəcəblinin oğlunun toyudur. Bu, necə ola bilər? Onun oğlanlarının birinin 20, o birinin isə 10 il əvvəl olub toyu… Bu qədər qərəzlilik olmaz. Hadi Rəcəblinin həyat yoldaşı, bacıları, qızları hacı xanımdır. Deyirlər ki, Hadi Rəcəbli Məhərrəm ayında nəvəsinə toy edib. Gənclər bunu avqustun 19-da ediblər, 21-də deyil…”.

Həmçinin oxuyun

Gürcüstandan Azərbaycana pivə ixracı 13% artıb

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycana 313,2 ton pivə ixrac edib. Bu barədə APA-nın yerli …