Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Deyilənə görə 400 milyon yeyinti var” – Deputat Qüdrət Şükürovun işdən çıxarılmasından danışdı

“Deyilənə görə 400 milyon yeyinti var” – Deputat Qüdrət Şükürovun işdən çıxarılmasından danışdı

Xəbər verdiyimiz kimi, qızına 400 minlik toy etməsi xəbəri ilə gündəmə gələn azərbaycanlı məmur “Lifttəmir” İstehsalat Birliyinin direktoru Qüdrət Şükürov barəsində əlavə cinayət işi başlanılıb. Hazırda sosial şəbəkələrdə və hətta Milli Məclisdə qanun pozuntusuna yolverən məmurların zamanında cəzalandırılmaması müzakirə olunur.

Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Aqil Abbas bildirib ki, Qüdrət Şükürov işdən çıxarılandan sonra yol verdiyi qanun pozuntuları araşdırılır:

“Deyilənə görə 400 milyon yeyinti var. Maliyyə Nazirliyi deyilən bir qurum var. Həmin nazirlik ildə ən azı iki dəfə prezident aparatından tutmuş bütün dövlət, özəl şirkətləri, hətta uşaq bağçasına qədər bütün qurumları yoxlayır. Bu gün ağıllarına gəlib ki, o, nə qədər pul yeyib? Əvvəllər onun nə qədər qanun pozuntusuna yol verdiyini görməyiblər? Görməyiblərsə, ya müfəttişlər savadsızdır, ya da nəyinsə qarşılığında göz yumublar. Məncə, əsas məsələ Maliyyə Nazirliyinin bu qədər qanun pozuntusunu görməməzliyidir”. 

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …