Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / Devalvasiyanın yubileyi: “Qiymətlər 2 dəfədən çox artdı, iş yerləri bağlandı, əhali bankların təzyiqi ilə üz-üzə qaldı”

Devalvasiyanın yubileyi: “Qiymətlər 2 dəfədən çox artdı, iş yerləri bağlandı, əhali bankların təzyiqi ilə üz-üzə qaldı”

Bu gün devalvasiyanın yubileyidir. 5 il öncə insanlarımız səhəri xoş olmayan xəbərlə açdı. Milli valyutamız digər valyutalara nəzərən dəyərini 26%-ə qədər itirdi. Proses bununla bitmədi. 10 aydan sonra oxşar hadisə baş verdi. Devalvasiya banklarımızın 1/3-nü sıradan çıxardı, maliyyə sistemini silkələdi. Qiymətlər 2 dəfədən çox artdı, iş yerləri bağlandı. Əhali bankların təzyiqi ilə üz-üzə qaldı. Sonradan əlahəzrət neft bahalaşdı və bizi və ümumilikdə ölkə iqtisadiyyatını müvəqqəti də olsa xilas etdi.
Bu gün problemlər hələ də qalmaqdadır. Bank sektorunda reanimasiyada olan banklar mövcuddur. Əhalinin kredit borcu həllini tapsa da əsas borc yükü olan sahibkarlar hələ də “devalvasiya faizi” ödəyirlər. Bütün cəhdlərə rəğmən qeyri-neft sektoru zəif inkişaf edir, neftdən asılılıq qalmaqdadır. 2 dəfə (2008-2009 və 2015) neftin ucuzlaşması hesabıma çətinliklə üzləşmişik. Allah 3-cüdən qorusun.

Samir Əliyev, İqtisadçı ekspert

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …