Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / DEPUTATLIĞA NAMİZƏDİN SEÇKİ BƏYANATI

DEPUTATLIĞA NAMİZƏDİN SEÇKİ BƏYANATI

85 sayl Şamaxı seçki dairəsindən deputatlığa namizəd olan – tanınmış həkim-dietoloq Ləman Süleymanova parlament seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb.
Deputatlığa namizəd bəyanatın bir nüsxəsini də Azinforum.az saytına ünvanlayıb. Həmin bəyanatı olduğu kimi təqdim edirik:
“Əziz seçicilər! Bilirsiniz ki, mən bir gənc kadr kimi son parlament seçkilərində öz qüvvəmi sınamaq qərarına gəlmişdim. Bu fikirə düşməyimə səbəb ölkəmizdə olan demokratik mühit və qadınların hüquqlarına bəslənən böyük rəğbət olmuşdu. Bu məqsədlə də, bir gənc və ziyalı Azərbaycan xanımı olaraq, namizədliyimi 85 saylı Şamaxı seçki dairəsindən irəli sürdüm. Şamaxını təsadüfən seçməmişdim. Çünki mən əslən həmin rayondanan. Təbliğat-təşfiqat dövründə qanunvericiliyin tələblərinə uyğun seçki təbliğatı apardım. Hazırkı hakimiyyəti dəstəkləyən bir namizəd kimi bütün seçki dövründə Azərbaycan dövlətinin qazandığı uğurları təbliğ etdim, cənab Prezidentin yürütdüyü siyasətin davamçısı olduğumu bildirdim. Nəticəsindən asılı olmayaraq, mənim üçün bu seçki həm də bir sınaq idi. Mənim şamaxılılarla birbaşa təmaslarım yarandı, bunun da nəticəsində seçki təcrübəmi artırmış oldum. Ümumən bu seçkini öz həyatım üçün böyük uğur sayıram.
Seçkinin rəsmi nəticələrinin elanından sonra, mənim namizəd olduğum dairədə hansısa qeyri-sivil etiraz metodlarına əl atıldı. Mən, birmənalı şəkildə elə hərəkləri pisləyirəm. Hesab edirəm ki, hər bir namizəd elan olunmuş rəsmi nəticələrlə razılaşmalıdır. Əlində olan xırda nöqsanların əks olunduğu faktları isə araşdırmaq üçün müvafiq dövlət qurumlarına göndərməlidir. Seçkinin nəticələrinə başqa formada etirazı isə yolverilməz sayıram.
Əziz seçicilər! Bilirsiniz ki, ölkəmizdə baş tutan son seçkilərin şəffav şəraitdə keçməsi və nəticələri dünyanın ən nüfuzlu müşahidə missiyaları tərəfindən də tanınıb. Mən də öz növbəmdə, Azərbaycan xalqını və Dövlətini yeni parlamentin formalaşması münasibəti ilə ürəkdən təbrik edirəm. Mandat qazanan bütün qaliblərə isə gələcək fəaliyyətlərində uğurlar arzulayıram.
Dərin hörmətlə, Ləman Süleymanova”.

lem

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın