Qaxdan deputat olmaq istəyən bitərəf namizəd Paşa Məmmədov (İlusuyski) daha çox öz sensasion açıqlamaları ilə diqqəti cəlb edir. Bir müddət əvvəl, o, öz Facebook səhifəsində paylaşdığı status ətrafında yaranan qalmaqal hələ də səngiməyib. Qeyd edək ki, həmin statusu ilk KİV olaraq ictimaiyyətin diqqətinə çatdıran məhz Azinforum.az saytı olmuşdu. Xatırladaq ki, Paşa Məmmədov məlum statusunda göstərdiyi fəaliyyətə görə ermənilərin hədəfində olduğunu diqqətə çatdırmışdı. Sonra isə qeyd etmişdi ki, onun əleyhinə Vətəndə də fəaliyyət göstərənlər var və bu xüsusda bir uyğunluq paraleli də aparmışdı. Sadiq diplomat söz vermişdi ki, nəzərdə tutduğu məsələ ilə bağlı xüsusi bəyanatla çıxış edəcək. Söz verilən bəyanatın keçikməsi Paşa Məmmədovun fikirlərinin müxtəlif, ən əsası isə, onun xeyrinə olmayan aspektlərə yozulmaqla müşahidə olundu.
Sentyabrın 23-də Paşa Məmmədov etdiyi qısa videomüraciətdə məhz ermənilərlə kimləri eyniləşdirdiyinə dair yayılan fikirlərə aydınlı gətirib. Azinforum.az həmin videomüraciəti təqdim edir. Nəticə çıxarmağı isə oxucuların öz öhdəsinə buraxırıq.
https://www.youtube.com/watch?v=jmaSx_EwH5Uhttps://www.youtube.com/watch?v=jmaSx_EwH5U
Rövşən ƏLİ
AZİNFORUM.AZ