Ana səhifə / Aktual / Deputatlığa namizəd Fərid Şahbazlı daha beş kənddə seçicilərlə görüşüb-FOTOLAR

Deputatlığa namizəd Fərid Şahbazlı daha beş kənddə seçicilərlə görüşüb-FOTOLAR

78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd Fərid Şahbazlı seçicilərlə görüşlərini davam etdirir. Namizəd növbəti görüşlərini rayonun Mastayıl, Livədirgə, Züvüç, Aran, Zenoni kəndlərində keçirib. Seçicilərlə həm kütləvi, həm də tək-tək görüşən namizəd onlarla kəndlərdəki mövcud problemləri müzakirə edib.

Seçicilər tərəfindən təhsil, səhiyyə, yol, su, sosial müavinətlər, bank xidmətləri ilə bağlı bir sıra ciddi problemlər qaldırılıb. Deputatlığa namizəd Fərid Şahbazlı qeyd edib ki, səslənən problemlər olduqca ciddidir və millət vəkili seçilərsə bu problemlərin həlli üçün mümkün olan bütün zəruri addımlar atılacaq.

Seçicilər eyni zamanda Azərbaycanda aparılan genişmiqyaslı islahatlardan söz açaraq, bu siyasətə dəstək nümayiş etdiriblər. Kənd sakinləri seçkilərdə gənc və fəal namizəd kimi Fərid Şahbazlını dəstəkləyəcəklərini bildiriblər.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …