Şənbə , May 21 2022
Ana səhifə / Aktual / Deputatlar Ərzurumda – Fotolar

Deputatlar Ərzurumda – Fotolar

Milli Məclisin deputatları – Anar Məmmədov, Ramin Məmmədov, Cəbi Quliyev və Naxçıvan MR Ali Məclisinin deputatı Elman Cəfərli “Şuşa ili” çərçivəsində Azərbaycanın Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə Atatürk Universitetində Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər.

“ Azinforum.az ” xəbər verir ki, tədbirdə Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu Nuru Quliyev, AMEA Tarix İnstitutunun baş direktoru Kərim Şükürov, Ərzurum Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Sekmen və  Atatürk Universitetində təhsil alan azərbaycanlı tələbələr də iştirak edib. 

Tədbirdə çıxış edənlər Şuşanın Qarabağın taleyində həlledici və əhəmiyyətli rol oynadığını, şəhərin yaranması ildönümünün də xüsusi qaydada qeyd edilməsinin bu istiqamətdə aparılan siyasətə mühüm töhfə olduğunu diqqətə çatdırıblar. 

Daha sonra tədbir Atatürk Universitetinin tələbələrinin, Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivinin və Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifasında ədəbi-bədii hissə ilə davam edib.

Həmçinin oxuyun

Məşhur bakılı Rusiyada “xarici agent” elan edildi

Məşhur bakılı şahmatçı, eks-dünya çempionu, Rusiyanın 2013-cü ildən mühacirətdə olan müxalifət liderlərindən biri Harri Kasparov və …