Ana səhifə / Aktual / Deputatla keçmiş deputatın qalmaqalında yeni məcra… – “Mən bunu nəzərdə tutub danışmışam”

Deputatla keçmiş deputatın qalmaqalında yeni məcra… – “Mən bunu nəzərdə tutub danışmışam”

“Mən mətbuat vasitəsilə deputat Çingiz Qənizadəyə demişəm ki, onun keçmişi qaranlıqdır. Mən bu sözü Çingiz Qənizadə o vaxt bir neçə partiyaya üzv olduğuna görə demişəm. Mən bunu nəzərdə tutub danışmışam”.

Bu sözləri Modern.az-a a açıqlamasında şeyxin qudası, eks-deputat Qalib Salahzadə deyib.

Q.Salahzadənin sözlərinə görə, deputat Çingiz Qənizadənin Bakı şəhərinin prokuroru olduğu dövrdə onun qohumlarını həbs etdirməsini seçiciləri bilsəydi, səs verməzdilər.
“Yenə də deyirəm ki, “keçmişi qaranlıqdır” sözünü ona görə işlətmişəm ki, Çingiz Qənizadə müxtəlif partiyaların üzvü olub. Başqa heç nəyi nəzərdə tutub deməmişəm”.

Qeyd edək ki, tərəflər arasındakı “söz davası” məhkəməyədək uzanıb. Bu gün Sabunçu Rayon Məhkəməsində millət vəkili Çingiz Qənizadənin sabiq deputat, şeyxülislam hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə olmalıydı. Lakin proses təxirə salınıb.

Məhkəmə işinə sədrlik edən hakim Ziya Şirinov bunu Qalib Salahzadənin prosesə gəlməməsiylə əlaqələndirib.
Proses oktyabrın 12-nə təyin olunub.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …