Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / DEPUTATLA BAĞLI ŞOK ARAŞDIRMA – Keçmiş rektor büdcəni belə talayıb!

DEPUTATLA BAĞLI ŞOK ARAŞDIRMA – Keçmiş rektor büdcəni belə talayıb!

Haqqın az. saytı İqtisad Universitetinin keçmiş rektoru, deputat Şəmsəddin Hacıyevlə bağlı sensasiyalı araşdırma yazısını dərc edib. “Büdcədən 1 milyon dollar oğurluq edib” adlı yazıda Ş.Hacıyevin İqtisad Universitetinin rektoru olarkən, Dərbənd filialı ətrafında yol verdiyi ciddi korrupsiyadan bəhs edilir. Yazıda dövlət büdcəsinin talanına dair sensasiyalı faktların və məlumatların olduğunu nəzərə alaraq,  Azərbaycan dilinə tərcüməsini təqdim edirik: 

“İndi isə aydın olur ki, bu “qəhrəman” üçün öz doğma ölkəsi az imiş, o, öz əməllərini ölkədən kənarda da davam etdiribmiş.

Bakı İqtisad Məhkəməsi qət edib ki, 2006-cı ildə Şəmsəddin Hacıyev Dağıstan Atıcılıq Diviziyası küçə 35-də yarım hektar torpaq sahəsi əldə edib. Rəhbərlik etdiyi ali məktəbin sahəsinin genişləndirilməsi məqsədilə ali məktəbin vəsaiti hesabına aldığı bu sahəni öz adına rəsmiləşdirmiş və 1 milyon rus rublu qiymətinə dəyərləndirmişdir. Bundan sonra o, həmin ərazini İqtisad Universitetinin Dərbənd filialının inşası üçün böyük məbləğə öz universitetinə satmışdır. Ancaq torpaq sahəsinin hamısını yox, bir hissəsini.

Şəmsədin Hacıyev sonra dərbəndli fırıldaqçıya kürəkəni, hal-hazırda Yeni Azərbaycan Partiyası gənclər təşkilatının sədri Seymur Orucovu da qoşmuşdur. Bundan sonra hər şey sadə sxem üzrə qurulmuşdur: 2009-cu ilin sonunda Dağıstan Respublikası üzrə Federal qeydiyyat idarəsi xidməti Hacıyevlə Orucov arasında alqı-satqı haqqında yeni müqavlə imzalmışdır. Bundan sonra, belə deyək, Seymur Orucov əvvəlki torpaq sahəsinin bir parçasını yenidən İqtisad Universitetinə satmışır.

Fikirləşirsiniz ki, məsələ bununla bitir? Təəssüf ki, yox. Qaçaraqda Ş.Hacıyev artıq özü sahibləndiyi həmin hektardan bir hissəni saxlayaraq, sonadək talan etdiyi ADİU-nun həmin torpaq hissəsində inşa edilmiş hansısa inzibati tikilini üç dəfə satışa yönəldərək, guya professor müəllim heyətinin öz rəhbərindən satın alırmış kimi, daha bir saxta sövdələşmə imzalamaqla, ilkin qiyməti on dəfədən artıq şişirtməyə nail olmuşdur.

Torpaqla əlaqədar möhtəkirliyə və ali təhsil müəssisəsinin filialının təşkil olunması ilə bağlı məsələyə ilk olaraq Rusiya hüquq-mühafizə orqanları diqqət çəkir və Dağıstan prokurorluğu Bakı filialının qeyri-qanuni fəaliyyət göstərməsi ilə bağlı cinayət işi açır. Halbuki, Ş.Hacıyev Bakıda hamını, o cümlədən o zamankı Təhsil naziri Misir Mərdanovu inandırmağa çalışırdı ki, guya o filialın açılması üçün Rusiya Təhsil Nazirliyindən lisenziya alıb. Lakin sonradan məlum olur ki, onda heç bir lisenziya olmayıb. Əksinə, məqsəd oradan və buradan daha çox pul qoparmaq olub. Başqa sözlə, bu, qeyri-qanuni bir fəaliyyət olub. Yeri gəlmişkən, filiala həqiqi lisenziya almağa on ildən çox bir müddət keçdikdən sonra ADİU-nun indiki rəhbərliyi nail olub.

Dağıstan prokurorluğunun Ş.Hacıyevin fəaliyyəti ilə bağlı kifayət qədər ciddi təhqiqatlarına baxmayaraq, o, hansısa yolla işi ört-basdır etməyə nail oldu. Lakin dələduzu bu sənətə və havayı pullara olan sevgisindən yayındırmaq olardımı? Ş.Hacıyev yeni bir avantürist işlərə baş vurur. Bu zaman, o, öz universiteti qismində artıq dövləti deyil, bilavasitə öz həmkarlarını aldadır.

Rektor öz əməkdaşlarına universitetin nəzdində mənzil-tikinti kooperativi yaratmaq şərtilə, Mir Cəlal küçəsində, daha doğrusu şəhərin mərkəzində ev tikdirməyi vəd edir. Beləliklə, təsisçisi Hacıpaşa Muradov olan “İqtisadçı-H” kooperativi yaradılmış olur. Ancaq bir müddətdən sonra rektor mənzilləri üçün artıq pulun böyük hisəsini ödəyən universitetin əməkdaşlarına mənzillərin verilməməsi, kənara satılması məqsədilə 2005-ci ilin may ayında Bakı şəhər İH başçısı H. Abutalıbova məktub ünvanlayaraq, mənzillərin satışının icazəsinin “İqtisadçı-H”–dan alınaraq, öz qohumlarını təyin etdiyi yeni yaradılan “İqtisadçı-2005” kooperativinə verilməsini xahiş edir.

5 ildən sonra, artıq binanın tikintisi başa çatsa da, Ş.Hacıyev necə deyərlər, öz dosent- professorlarına “ataraq“ vicdansızcasına mənzilləri müxtəlif lazımlı dost və qohumlarına satır. Belə ki, iqtisadçı alimlər üçün nəzərdə tutulmuş mənzillərə deputat Eldar Quliyevin qohumu Yelena İsmayılova, keçmiş deputat İbrahim İsayevin arvadı Faciə Zeynalova, rektorun qızı və kürəkəni köçürlər.

Bütün bu əməliyyatlardan uğurla çıxaraq, külli miqdarda vəsait əldə edən Ş.Haciyev iştahasının qarsısında dura bilməyərək, dərhal yeni işdən yapışır. O, Quba rayonunun füsünkar Nüqədi-2 kəndində guya ADİU-nun müəllimləri və tələbələri üçün sağlamlıq mərkəzi tikdirmək adı ilə dövlətdən yer ayırmağa nail olur. Mərkəzin tikintisi üçün 4 mln 300 min nəzərdə tutulan ilkin smeta bir müddətdən sonra fantastik rəqəmə – 7 mln 200 minə çatdırılır. Hazırda bu tikintinin faktiki olaraq neçəyə başa gəlməsi və sonralar bu mərkəzdə kimlərin istirahət etməsi hələ də müstəntiqlər tərəfindən araşdırılır.

Demək lazimdır ki, savadlı mütəxəssis hesab olunan universitet rektoru öz iqtisadçı təfəkküründən istifadə edərək, dövlət büdcəsinə və tabeçiliyində olanların ciblərinə bax beləcə əl qoyub…”

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın