Ana səhifə / Aktual / Deputatın toxunulmazlığına 3 günə xitam verilə bilər

Deputatın toxunulmazlığına 3 günə xitam verilə bilər

Milli Məclisin İntizam Komissiyasının yeni hazırlanmış əsasnaməsində müraciətlərə, təqdimatlara və məlumatlara baxılması qaydası və müddətləri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, 7.1.4- cü bəndə əsasən Milli Məclisin sədrinin göndərişi əsasında Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi haqqında Baş Prokurorun təqdimatına ən geci 3 iş günü müddətində baxılacaq.

Həmçinin Milli Məclis sədrinin göndərişi əsasında Milli Məclisin deputatlığından məhrumetmə ilə əlaqədar məsələyə 2 həftə müddətində baxılacaq. Bundan əlavə, Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən əsasa görə deputata töhmət verilməsi barədə Milli Məclisin yaxud onun komitə və komissiyasının iclasına sədrlik edənin təqdimatına 2 həftə ərzində baxılacaq.

Həmçinin oxuyun

Bakı Gənclər Mərkəzi kollektivi “Ramazan sovqatı” aksiyası çərçivəsində qazi və şəhid ailələrini ziyarət edib

Bakı Gənclər Mərkəzi tərəfindən Müqəddəs Ramazan ayı boyunca “Ramazan sovqatı” adlı aksiya həyata keçirilərək “44 …