Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Deputatın ingilis dili çağırışına spikerdən maraqlı reaksiya…

Deputatın ingilis dili çağırışına spikerdən maraqlı reaksiya…

Oqtay Əsədov: “Bir neçə il bundan qabaq biz deputatlar üçün pulsuz ingilis dili kursları təşkil etdik, amma…”

Milli Məclisin payız sessiyasının ilk iclasında rus dilinin inkişafı ilə bağlı atılan addımlar da müzakirə mövzusu oldu.

Deputat Qüdrət Həsənquliyev bu barədə danışarkən dedi ki, sovet dövründə gürcülərin və ermənilərin rusca daha yaxşı danışdığını hərbi xidmətdə olarkən şəxsən müşahidə edib. Bugünsə beynəlxalq dil olan ingilis dilinin inkişafına daha çox diqqət yetirilməlidir.

Deputat Təhsil Nazirliyini bununla bağlı addımlar atmağa çağırdı, Azərbaycanda ingilis dilinin mənimsənilməsi ilə bağlı dövlət proqramının olmasını təklif etdi. Dedi ki, sovet dövründə rus dilinin öyrənilməsinə ehtiyac var idi, indi isə ingilis dilini öyrənməyə çox böyük ehtiyac var: “Təəssüflər olsun ki, bu sahədə vəziyyət ürəkaçan deyil”.

Spiker Oqtay Əsədov isə deputatın fikirlərinə maraqlı reaksiya verdi: “Bir neçə il bundan qabaq biz deputatlar üçün pulsuz ingilis dili kursları təşkil etdik. Amma çox təəssüf olsun ki, o kurslara cəmi 3-4 nəfər qaldı”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …