Ana səhifə / Aktual / Deputatın həyat yoldaşı azyaşlı uşaqları otelində işlədirmiş

Deputatın həyat yoldaşı azyaşlı uşaqları otelində işlədirmiş

Deputat İqbal Məmmədovla dövlət qurumları arasında növbəti dəfə insident yaranıb.

Gununsesi.info xəbər verir ki, bu dəfəki hadisə Astarada baş verib. Bir valideyn hüquq-mühafizə orqanlarına müraciət edərək, azyaşlı övladının Astarada yerləşən “Relax” istirahət mərkəzində işlədildiyini bildirib.

Araşdırmalar zamanı məlum olub ki, “Relax”da bir yox, bir neçə yetkinlik yaşına çatmayan şəxs qanunsuz əməyə cəlb olunub. İstirahət mərkəzi vergi orqanlarında deputatın həyat yoldaşı Kəmalə Məmmədovanın adına sənədləşdirilib.

Lakin Kəmalə Məmmədovanı tapmaq əsl müşkülə çevrilib.

Belə ki, o, vergi orqanlarında göstərdiyi ünvanda yaşamır, təqdim etdiyi telefon nömrəsi isə mövcud deyil. İş prokurorluq tərəfindən Lənkəran regional Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.

Fakt təsdiqini tapdığından, fərdi sahibkar Kəmalə Məmmədova 3000 manat məbləğində cərimə olunub. Cərimənin ən aşağı həddə təyin olunmasının səbəbi İqbal Məmmədovun həyat yoldaşının onu nağd şəkildə və dərhal ödəmək istəməsi olub.

Həmçinin oxuyun

Fəxrəddin Yarıyev qınaq obyektinə çevrilən Fəxri Fərman məsələsinə aydınlıq gətirdi – Video

Rusiyanın Stavropol Vilayətində fəaliyyət göstərən “Odlar Yurdu” adlı Milli Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Yarıyev Azinforum.az-la …