Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Aktual / Deputatın “gender bərabərliyi” fikrinə sosioloqdan sərt reaksiya

Deputatın “gender bərabərliyi” fikrinə sosioloqdan sərt reaksiya

“Deputat Musa Quliyevin təklifi Azərbaycan cəmiyyəti üçün yetərli deyil”. Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu Milli Məclisin deputatı Musa Quliyevin “Ev işlərinə görə kişilər həyat yoldaşlarına pul ödəməlidir” təklifinə münasibət bildirərkən deyib. Sosioloq deputatın bu təklifinə qarşı çıxdığını və onunla razılaşmadığını vurğulayıb:
“Gender məsələsi ilk gündən Azərbaycana gələndən mənim ona münasibətim tənqidi olub. Çünki gender məsələsini Azərbaycana formal olaraq gətirirlər, amma düşünürəm ki, onu bizim öklkənin mahiyyətinə uyğunlaşmış şəkildə gətirməyə ehtiyac var. Qadınla kişinin bərabərliyi demoqrafik bir sözdür. Qadınla kişi istər xarici görünüşçə, istər də fiziki baxımdan quruluşuna, gücünə, estetikasına görə eyni deyillər. Qadınla kişini mexaniki bərabərləndirmək də doğru deyil. Qadınla kişi bir-birini harmonik tamamlamalıdır. Elə məsələlər var ki, orada kişi, elə məsələlər var ki, orada qadın üstündür. Bizdə də əsas meyar bu olmalıdır, yəni işi elə quraq ki, ailələrimizdə daha çox ahəngdar münasibətlər olsun. Bizim üçün ən vacıb olan ailədə ahəngdar münansibətdir”.
Əhməd Qəşəmoğlu deyir ki, Azərbaycanda adət-ənənə deylən ənənəvi bir yol var:

“Adət-ənənəmizi birdən-birə dəyişmək özü cəmiyyətdə gərginlik yaradır. Biz həmişə elə yollar seçməliyik ki, həm ailədə ahəngar münasibət yaratsın, həm də cəmiyyətdə. Bu məsələlərdə tələsik qərar vermək doğru deyil”. 
Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda ev işlərinə görə kişilər həyat yoldaşlarına pul ödəməlidir təklifi ilə çıxış edib. Deputat “Ev işlərinin, ailə üzvlərinə qulluqla bağlı haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür. Bu haqqı zəhmət çəkib kişi ödəməlidir. Çünki əgər evdə qadın olmasa, kişi bu işi görmək üçün kimisə tutmalıdır”, – deyə bildirib.
Deputatın bu təklifi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Həmçinin oxuyun

İrəvan-Culfa yolu açılacaqmı?

“Konkret addımlar gələn həftə üç ölkənin baş nazirlərinin müavinləri tərəfindən açıqlanacaq, lakin düşünürəm ki, Rusiya, …