Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Aktual / Deputatın evində silah-sursat aşkarlandı – Şeyxin qudasının başı dərddə!

Deputatın evində silah-sursat aşkarlandı – Şeyxin qudasının başı dərddə!

Milli Məclisin deputatı Qalib Salahzadənin evindən silah-sursat aşkar edilib.

Azinforum.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun Bilgəhdə yerləşən evində bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında axtarış aparılıb. Axtarış nəticəsində deputatın evindən külli miqdarda silah-sursat tapılıb. Faktla bağlı dindiriliən Hacı Qalib Salahzadə ifadəsində bildirib ki, bu sulah-sursatdan xəbəri yoxdur, orada yaşamır və həmin evdə xidmətçilər və mühafizəçiləri qalır.

Deputatın evində belə bir əməliyyat keçirilməsini hüquq-mühafizə orqanlarından da təsdiqləyiblər. Məlumata görə əməliyyatı polis keçirib. Artıq məsələ DİN rəhbərliyinin nəzarəti altındadır və hazırda ciddi araşdımalar aparılır.

Mia.az xəbər verir ki, “Qafqazinfo”ya açıqlamasında deputat belə bir faktın baş vermədiyini, məlumatın ona qarşı təxribat olduğunu bildirib.

Qeyd edək ki, Sabunçu rayonundan millət vəkili olan Qalib Salahzadə həm də Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …

Bir cavab yazın