Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Deputat süni qiymət artımına qarşı mübarizəyə çağırdı

Deputat süni qiymət artımına qarşı mübarizəyə çağırdı

Milli Məclisin plenar iclasında çıxış edən deputat Əli Məsimli bildirdi ki, ölkə başçısının son qərarlarına diqqət çəkərək ölkədə yeni dönəmə start verildiyini vurğuladı. “Prezident seçkilərindən sonra Azərbaycanda struktur islahatlarının yeni mərhələsi başlayıb”,- deyən deputat əlavə etdi ki, islahatlar xalq tərəfindən dəstəklənir. Deputat prezidentin minimum əmək haqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı sərəncamını da yüksək qiymətləndirdi.

Bununla baelə, Ə.Məsimli ölkədəki qiymət artımından narahatlığını da ifadə etdi: “Cənab prezidentin sərəncamı təqdirəlayiqdir. Amma çox təəssüflər olsun ki, biz süni qiymət artımına da rast gəlirik. Cənab prezident süni qiymət artımına qarşı mübarizə aparmaq üçün tapşırıqlar verib. Lakin bəzi sahibkarlar bayramları bəhanə gətirərək, qiymətləri qaldırırlar”.

Deputat Novruz bayramı ərəfəsində süni qiymət artımına qarşı mübarizənin ciddi şəkildə aparılmasını zəruri saydı.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …