Bazar ertəsi , Aprel 22 2024
Ana səhifə / Aktual / Deputat şeyxin qudasına qarşı şikayətini geri götürdü

Deputat şeyxin qudasına qarşı şikayətini geri götürdü

Millət vəkili Çingiz Qənizadənin sabiq deputat, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında şikayətini geri götürüb.

Bu barədə Femida.az-a Ç. Qənizadənin vəkili Raqif Mustafayev məlumat verib. O deyib ki, Q. Salahzadə Ç. Qənizadənin məhkəməyə müraciət etməsindən sonra mətbuatda işlətdiyi sözlərdən imtina edib və buna görə də Ç. Qənizadə şikayətini geri götürmək barədə qərara gəlib: “Çingiz müəllim gördü ki, bu qeyri-ciddi adamdır, ona görə belə bir adamı məhkəməyə verməyə dəyməz dedi”.

Qeyd edək ki, Ç. Qənizadə Qalib Salahzadənin Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə ittiham olunması üçün məhkəməyə müraciət edib.

Buna səbəb son vaxtlar Q. Salahzadənin Ç. Qənizadəyə qarşı mətbuatda ittihamlar səsləndirməsidir.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …