Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Deputat Rüfət Quliyev Lənkəran hava limanını Rusiyaya icarəyə verməyi təklif etdi

Deputat Rüfət Quliyev Lənkəran hava limanını Rusiyaya icarəyə verməyi təklif etdi

Milli Məclisin deputatı Rüfət Quliyev iqtisadi siyasət, sənaye və sahibkarlıq üzrə parlament komissiyasındakı çıxışında misli görünməmiş təkliflər verib.

Virtualaz.org MİA agentliyinə istinadən xəbər verir ki, R.Quliyev Azərbaycandakı iri infrastruktur layihələrini icarəyə verməyi təklif edib.

“Azərbaycanda hava limanları və idman kompleksləri tikilir. Bizdə elə obyektlər var ki. onlar başqa ölkələrdə yoxdur. Hesab edirəm ki, Lənkərandakı hava limanı Rusiyanın hansısa güclü kommersiya strukturuna təklif olunsa, o, ya həmin obyekti tam, ya da Azərbaycanın kommersiya strukturu ilə tərəfdaşlıq şəraitində qismən idarə edə bilərdi”, – deputat bildirib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …