Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / Deputat özəl telekanalların bağlanmasını təklif etdi

Deputat özəl telekanalların bağlanmasını təklif etdi

Deputat Aqil Abbas Azərbaycanda fəaliyyət göstərən özəl kanalların bağlanmasını təklif edib. 

“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat bildirib ki, özəl kanallar  əxlaqsızlığı yayır: “Yaxşı ki, AzTv, İTV və Mədəniyyət kanalı var. Adamlar nəyəsə baxa bilir. Bu gün dünyada kimsə bizə baxanda deyir ki, görəsən, belə də millət var imiş?! Kim kimin başını qırxdı, kim qaynanası ilə dalaşdı,  bütün ailə məsələləri açılıb tökülür.  Ya da həkim  məsləhətləri verilir. Bizim bunlardan başqa dərdimiz yoxdur? Hətta Qarabağ məsələsi tamam yaddan çıxıb. Gövhər xanım deyir ki, rus məktəblərinə niyə uşaqları qoyursuz? Camaat da ona görə qoyur ki, heç olmasa uşaqlar rus dilini öyrənib rus kanallarına baxa bilsin. Telekanallara senzura qoymaq məsələsi bütün dünyada var. Hətta Türkiyədə də belə hadisələr baş verir. Bir həftəliyinə, on günlüyünə, bir aylığına televiziyanın efir vaxtı məhdudlaşdırılır. Ona görə də Milli Teleradio Şurasına da senzura ilə bağlı səlahiyyət verə bilərik”.

Həmçinin oxuyun

“Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirə olunacaq

Milli Məclisin yaz sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bununla bağlı məsələ parlamentin …