Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Deputat: “Oğlum hər gün Bakı-Sumqayıt qatarı ilə işə gedib-gəlir”

Deputat: “Oğlum hər gün Bakı-Sumqayıt qatarı ilə işə gedib-gəlir”

“Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar dəmir yolunda da özünü göstərir. Bu sahədə  aparılan inqilabi dəyişikliklər göz önündədir”.
Bu fikirləri Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib.
O, bildirib ki, 2017-ci ildə Bakı-Tbilisi Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi ilə  Azərbaycan daha bir tarixi hadisəyə imza atmış oldu:
“Bu hadisə bütün dünya ictimaiyyətinin diqqətini cəlb edib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ardınca Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması yeni bir tarixin yazılmasıdır. 10 il ərzində ərsəyə gələn bu layihə nəticə etibarı ilə Avropa ilə Asiya arasında yük daşımalarına son dərəcə ciddi təsir göstərməkdədir.  Bu çox mühüm bir hadisədir. Bu cür işlərə ancaq sevinmək olar”.
İmamverdi İsmayılov qeyd edib ki, dəmir yolu sahəsində əldə edilən uğurlarda Cavid Qurbanovun böyük əməyi var:
“Cavid Qurbanov harada işləyibsə, hər zaman Azərbaycan dövlətinə, millətinə xidmət edib. Onun  “Azərbaycan Dəmir Yolları”nda gördüyü işlər göz qarşısındadır. Azərbaycan “Azərbaycan Dəmir Yolları”nda aparılan islahatlar, bayaq söhbət açdığım Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi, Bakı-Gəncə sürət qatarı, Bakı-Sumqayıt qatarı, Bakı kəndlərini birləşdirən dairəvi dəmir yolunun çəkilməsi kimi bir çox işlər görülüb.  Cavid Qurbanov millət vəkili kimi də çox aktivdir, əhalinin xeyrinə olan məsələləri hər zaman gündəmə gətirir. Sürət qatarlarından söz düşmüşkən, onu deyə bilərəm ki, sürət qatarlarındakı komfort sərnişinlərin rahat istirahətinə şərait yaradır. Bir haşiyə çıxım: mənim kiçik oğlum da Bakı-Sumqayıt qatarından istifadə edir. O, hər gün dostları ilə Sumqayıtdan Bakıya sürət qatarında işə gedib-gəlir. Gün ərzində 4 manat pul xərcləyirlər. Sürət qatarı rahat və keyfiyyətli olmaqla yanaşı, həm də insanları vaxt itkisinə də məruz qoymur. Bütün bunlar onu deməyə əsas verir ki,  “Azərbaycan Dəmir yolları”nın çox ciddi perspektivləri var. Xüsusilə, Cavid Qurbanov  bu sahəyə rəhbərlik edəndən bəri  inqlabi sıçrayışlar göz qabağındadır”.(Modern.az)

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …