Şənbə , Yanvar 23 2021
Ana səhifə / Aktual / Deputat Naxçıvana təyyarə reyslərinin açılmasını təklif edir:“Pis vəziyyətdə qalan insanlar var“

Deputat Naxçıvana təyyarə reyslərinin açılmasını təklif edir:“Pis vəziyyətdə qalan insanlar var“

Milli Məclisin iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Fazil Musatafa Naxçıvan Muxtar Respublikasına gediş-gəliş təmin olunması təklifi ilə çıxış edib. 
Deputat gediş-gəlişdə ciddi problemlər yarandığını bildirib. 
“Bu gün pis vəziyyətdə qalan insanlar var. Ona görə təklif edirəm ki, təcili şəkildə, 3-4 gün ərzində Naxçıvana gediş-gəliş təmin olunsun. Bir neçə gündən sonra təyyarə reyslərinin sayı azaldılsın. Naxçıvanla əlaqələrin tamamilə kəsilməsi gələcəkdə ciddi problemə çevrilə bilər”, – deyə Fazil Mustafa vurğulayıb.

Həmçinin oxuyun

“Xərçəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı …