Ana səhifə / Aktual / Deputat: “Jurnalistlər münaqişə zonasındakı vəziyyətlərə hazır olmalıdırlar”

Deputat: “Jurnalistlər münaqişə zonasındakı vəziyyətlərə hazır olmalıdırlar”

Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı “Müharibə və ya münaqişə ilə bağlı yaranmış ekstremal vəziyyətlərdə jurnalist fəaliyyətinin xarakteri” mövzusunda plenar iclasla işini davam etdirib.
Tədbirdə hərbi jurnalistikanın yaranması, münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin peşəkarlığından, hazırlanan yazıların, məlumatların daha geniş yayılmağa və ictimaiyyəti daha çox maraqlandırmağa başlamasından danışılıb.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mövzu ətrafında fikirlərini bölüşüb.
O qeyd edib ki, münaqişə zonalarında jurnalistlərin fəaliyyəti olduqca yüksək qiymətləndirilməlidir:
“Həmin jurnalistlər müntəzəm olaraq peşəkar təlimlərə cəlb olunmalı, münaqişə zonasında qarşıla biləcəklıri vəziyyətlərə əvvəlcədən hazır olmalıdırlar. Eyni zamanda, bütün bu çətin şəraitə baxmayaraq, dəqiq və obyektiv informasiyaların ötürülməsinin təmin edilməsi əsas şərtlərdən biri kimi qiymətləndirilir”.(Oxu.Az )

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …