Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Deputat “Bakı nəqliyyatçıları”nı “vurdu”: “Nəqliyyat idarə olunur, amma intellekti görmürük”

Deputat “Bakı nəqliyyatçıları”nı “vurdu”: “Nəqliyyat idarə olunur, amma intellekti görmürük”

“Bakıda tıxac ciddi narahatlıq yaradır. Biz bunu niyə həll etmirik?
Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Millət vəkili tıxaclara görə minlərlə insanın yollarda qaldığını, işə gecikdiyini bildirib:
“Nəqliyyatın intellektual idarə edilməsi ilə bağlı fikirləri tez-tez eşidirik. Nəqliyyat idarə olunur, amma intellekti görmürük. Tıxacı yaradan əsasən avtobuslardır, bütün yolu tuturlar. Azca yağış yağan kimi hərəkət iflic olur. Əgər mütəxəssis yoxdursa, xaricdən gətirək”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …