Şənbə , Noyabr 28 2020
Ana səhifə / Aktual / Deputat AzTV-nı qınadı: “Orada olsaydım, Cümşüd Nuriyevi sürüyəcəkdim”

Deputat AzTV-nı qınadı: “Orada olsaydım, Cümşüd Nuriyevi sürüyəcəkdim”

Milli Məclisin deputatı Araz Əlizadə sabiq millət vəkili Cümşüd Nuriyevin Qarabağ müharibəsində iştirak edən qadınları ötən gün AzTV-də “əxlaqsız” və “küçə qadınları” adlandırmasına sərt şəkildə münasibət bildirib. 
A.Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, Cümşüd Nuriyev qeyri-ciddi və məsuliyyətsiz adamdır:
“Cümşüd Nuriyev axmaq adamdır. O, heç kəs idi, sonradan onu deputat etdilər. O vaxtilə sərsəm fikirlər səsləndirərək demişdi ki, guya Qarakənd faciəsi zamanı vertolyotda olan insanlarımız sağdırlar, biri Fransada, biri Hindistandadır və sairə. Bu cür həyasız adamları ciddiyə almaq lazım deyil”.
Deputat qeyd edib ki, Cümşüd Nuriyevin ötən gün AzTV-də iştirak etdiyi sözügedən verilişə onu da dəvət ediblər:
“Dünən həmin verilişə məni də dəvət etmişdilər. Sadəcə işlərim olduğu üçün qatıla bilmədim. Həmin verilişə getmədiyim üçün çox təəssüflənirəm. Əgər mən o verilişdə olsaydım, yəqin ki, bu sözünə görə Cümşüd Nuriyevi orada sürüyəcəkdim. Ümumiyyətlə, o cür səviyyəsiz çıxışı AzTV efirə verməməli idi. Həmin veriliş canlı deyildi, saat 14-də çəkilmişdi. İstəsəydilər, Cümşüd Nuriyevin həmin çıxışını efirə verməyə də bilərdilər. Çox təəssüf ki, bizdə söz azadlığı ifrat dərəcəyə çatanda özümüzü apara bilmirik”.

Həmçinin oxuyun

Şuşa ətrafında əsgərlərimiz, yoldan keçən ermənilər, yüksək səslə Azərbaycan milli musiqisi…

Noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi və Azərbaycanın nəzarətiə qaytarıldı. Beləliklə, Dağlıq Qarabağ ermənilərini Ermənistanla …