Cümə , Dekabr 8 2023
Ana səhifə / Aktual / Deputat: “AZAL qiymətləri azaltmalıdır, insanın cibinə girmək olmaz”

Deputat: “AZAL qiymətləri azaltmalıdır, insanın cibinə girmək olmaz”

“Zaqatala hava limanının hər şeyi – müdiri, bağbanı, işçiləri və s. var. Ancaq təkcə təyyarəsi yoxdur”.

Mia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşən Musayev parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, insanları təyyarə üzünə həsrət qoymaq olmaz:

“AZAL qiymətləri azaltmalıdır. Biletlərlə insanın cibinə girmək olmaz”.

Deputat həmçinin toylarda bəylə gəlinin maskadan istifadəsi ilə bağlı qərara etiraz edib: “Toylarda bəylə gəlinin maska taxmağını anlamıram. Onlar bilməlidirlər ki, kimə ərə gedir və ya kiminlə ailə həyatı qurur”/Report.

Həmçinin oxuyun

“Heydər Əliyevin gənclərə örnək siyasi kursu” adı altında layihənin növbəti tədbiri həyata keçirilib

YAP Sabunçu Rayon Təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin …