Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Deputat Aydın Mirzəzadə snayperləri Paşinyanı aradan götürməyə çağırdı

Deputat Aydın Mirzəzadə snayperləri Paşinyanı aradan götürməyə çağırdı

“Əsgərlərə əmr vermək hüququm yoxdur. Mən snayperlərdən xahiş edirəm, Ermənistanın baş naziri Nikol Paşinyan işğal olunan Azərbaycan ərazilərinə gələrkən onu vursunlar”.

Virtualaz.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Ermənistan özünə yeni baş tapar: “Ermənistanın müdafiə naziri də cəbhə bölgəsinə gələrsə, onu da vursunlar. Qoy zabitimizin qanı yerdə qalmasın. Ermənistan üçün bu, dərs olmalıdır. Ermənistan bilsin ki, Azərbaycan xalqının səbri tükənməz deyil. Ermənistan işğala, təxribata son qoymalıdır”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …