Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Aktual / Deputat ərəb qonşularından şikayətləndi – “Əxlaqa uyğun olmayan işlərlə məşğul olurlar”

Deputat ərəb qonşularından şikayətləndi – “Əxlaqa uyğun olmayan işlərlə məşğul olurlar”

“Turistlərin ölkəyə gəlməsi müsbət haldır. Amma elə şeylər var ki, diqqətdə saxlanılmalıdır. Qonşuluğumuzda ərəblər kirayə evlərdə qalır, əxlaqa uyğun olmayan işlərlə məşğul olurlar, oraları çox pis vəziyyətə çeviriblər. Belə olmaz axı”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

O, bəzi masaj salonlarının fəaliyyəti ilə bağlı da narazılığını bildirib: “Bəzi masaj salonlarında əxlaqa uyğun olmayan xidmətlər təklif edirlər. Bunların qarşısı alınmalıdır, çox ciddi nəzarət edilməlidir. Azərbaycan mənim nəzərimdə dünyanın “ən göyçək fatması”dır. Mənim dövlətimdən namuslu-qeyrətli dövlət ola bilməz. Milli-mənəvi dəyərləri qorumalıyıq”.

Deputat Fəzail Ağamalı da həmkarının mövqeyini dəstəkləyib. O bildirib ki, qanun çərçivəsində belə şeylərin qarşısı almaq lazımdır: “5-10 manata görə dəyərlərimizi aşağılaya bilmərik”.

Həmçinin oxuyun

Bakcell və Coca-Cola sahilyanı təmizlik aksiyasında – Fotolar

Artıq 33 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının 21-ni Beynəlxalq Sahilyanı …