Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / Deputat əhaliyə verilən ev heyvanları ilə bağlı narazılıqdan danışdı

Deputat əhaliyə verilən ev heyvanları ilə bağlı narazılıqdan danışdı

Deputat Musa Quliyev sosial şəbəkələrdə özünəməşğulluq proqramı çərçivəsində əhaliyə verilən ev heyvanlarından narazılıq edilməsi məsələsinə münasibət bildirib. “Qafqazinfo” xəbər verir ki, M. Quliyev Əmək və Əhalinin Sosial Siyasət Komitəsinin iclasında bəzən ev heyvanlarının verilməsində narazılıq olduğunu qeyd edib:

 “Mən bilmirəm bu nə qədər əsaslıdır və ya obyektivdir. Biz qoca heyvanların da şəklini sosial şəbəkədə görürük. Bunlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha interaktiv işlər görməlidir. Mətbuata xidmət işini yaxşı görür, amma bu məsələlərə daha operativ cavab verilməlidir. Çünki bu cənab prezidentin gözəl bir layihəsidir. Biz çalışmalıyıq ki, özünəməşğulluqla bağlı parlamentdə dinləmələr təşkil edək və məsələləri birlikdə müzakirə edək”.

Həmçinin oxuyun

Ərdoğan işğala məruz qalanla işğalçını ayırd etməyin vacibliyini Ruhaninin diqqətinə çatdırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. “Anadolu” …