Cümə , Aprel 19 2024
Ana səhifə / Deniz Seki məşhurları da ağlatdı – Video

Deniz Seki məşhurları da ağlatdı – Video

Xəbər verdiyimiz kimi, müğənni Deniz Seki ATV-nin “Eşkiya dünyaya hökümdar olmaz” serialının 14-cü bölümündə rol alıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən gün müğənninin yer aldığı səhnə yayımlanıb.

Deniz serialda Məryəm Çakırbeyli rolunu canlandıran Deniz Çakırın həbsxana yoldaşı olaraq izləyənlərin qarşısına keçib.

Serialın sonunda göstərilən müğənni sosial mediada müzakirələrə səbəb olub. Serial izləyicilərindən başqa şou nümayəndələri də müğənniyə dəstək olub, onunla bağlı paylaşım ediblər.

Müğənni Gülben Ergen: “Denizi serialda rol almasını düşünən, bunu həyata keçirən, ona bu sevinci yaşadan ürəyiylə min yaşasın”.

Demet Akalın: “Canım Deniz, sənə aylar su qədər tez keçsin, bizi ağlatdın. Bu günlər keçəcək”.

Bengü: “Gözəl Deniz … Gözəllər gözəli Deniz … Sən nə qədər güclü bir qadınsan”.

Alişan: “Bir an əvvəl azadlığına qovuşmağını diləyirik, göz yaşlarımla izləyirəm”.

Qeyd edək ki, 2009-cu ildə İstanbul 9. Ağır Cəza Məhkəməsi müğənniyə “narkotikdən istifadə və satmaq” maddəsi ilə 6 il, 3 ay həbs cəzası vermişdi.

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın