Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / “Demişik ki, telefon da gətirməsinlər” – Natavandan toy qadağası

“Demişik ki, telefon da gətirməsinlər” – Natavandan toy qadağası

Müğənni Natavan Həbibi reper Dado (Səid) Əliyevlə ailə quracağı xəbərlərini qəribə qarşılayanlara təəccüblənib.

“Hamı üçün bu, əməlli-başlı hadisə imiş. Bilsəydim, məni bu qədər ərə vermək istəyirsiniz, çoxdan ailə qurardım. Başa düşmək istəyirəm ki, bu qədər maraq nəylə bağlıdır? Hər şeyi gözləyirdim. Bircə, o yaş söhbətini fikirləşməzdim. Çünki mən özümü onun yanında o qədər balaca hiss edirəm ki… O, uşaq kimi deyil, mənim yanımda püxtələşmiş insandır. Bu söhbət çıxanda barmağımı dişlədim ki, vay, bu mənim ağlımdan çıxmışdı”.

Natavan özünə 2 toy edəcəyini və məclislərin mediaya qapalı olacağını bildirib:

“Bir-birindən fərqli 2 toy olacaq. Toyuma hamını çağırmayacağam. Mənim yaxşı günümə sevinən, səmimiyyətini hiss elədiyim insanları dəvət edəcəyəm. Bir neçə insan var ki, sual altındadır: çağırım, ya çağırmayım? Toyum mediaya qapalı olacaq. Bəzilərinə xahiş eləmişik ki, hətta üzərlərində telefon da olmasın. Tapşırmışıq ki, toydan İnstaqramda heç nə paylaşmayın. Özüm sonra sosial şəbəkədə video, fotoları seçib paylaşacağam”. (Axşam.az)

Həmçinin oxuyun

Qarabağ qazisinin evi başına uçdu – Sabunçu İcra Hakimiyyətinin heç tükü də tərpənmir – VİDEO

Bakı şəhəri Bakıxanov qəsəbəsi Ramiz Zeynalov küçəsi döngə 1, ev 1-də yaşayan Qarabağ qazisi İsmayılov …

Bir cavab yazın