Ana səhifə / Aktual / Dekabrda əfv sərəncamı veriləcək

Dekabrda əfv sərəncamı veriləcək

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində əfv sərəncamı imzalana bilər.

Azinforum.az  xəbər verir ki, bu barədə Modern.az- Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib. Ə.Nuriyev bildirib ki, Komissiyasının Katibliyinə hər gün müraciətlər daxil olmaqdadır:

“Müraciətlər həm məhkumlar, həm vəkilləri, həm nümayəndələri, həm ailə üzvləri, həm də qeyri-hökumət təşkilatları tərəfindən daxil olur. Müraciətlər araşdırılır, müvafiq rəylər alınır, Komissiyanın iclaslarına hazırlanır”.

Komissiya üzvü qeyd edib ki, əfv sərəncamının verilməsi  ölkə prezidentinin səlahiyyətinə daxildir: “İclaslarının çağırılması Komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin səlahiyyətindədir. Əfvin vaxtı isə ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilir.

Güman edirəm ki, Yeni il bayramı və Dünya Azərbaycanlıların Həmrəyliyi Günü ərəfəsində əfv sərəncamının imzalanmasını gözləmək olar. Çünki bir qayda olaraq hər il bu ərəfədə cənab prezident əfv sərəncamı imzalayır. Təbii ki, indidən dəqiq fikir söyləmək olmaz, amma hər halda gözləyək”.

Həmçinin oxuyun

“Mədəniyyət Nazirliyindən hələ də xəbər yoxdur” – Cənazəsi həyətdə QALIB

Xəbər verdiyimiz kimi, xalq artisti Arif Quliyev koronavirusdan müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Lakin sənətkarın …