Çərşənbə , Aprel 24 2024
Ana səhifə / “Dedilər ki, bu uşaq səninlə evlənmək istəyir…” – Şəbnəm Tapdıq

“Dedilər ki, bu uşaq səninlə evlənmək istəyir…” – Şəbnəm Tapdıq

“Özümü xoşbəxt hiss edirəm. Mən heç biri kişiyə “səni sevirəm” deməmişəm. Düşünürəm ki, müğənni tək yaşamalıdır”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Səbnəm Tapdıq “Qonaq gəl bizə” verilişində deyib.

Sənətçi bildirib ki, iki dəfə nişanlan qaytarıb:

“Çox kişi deyib ki, mənə gəl, sənə maya buraxım. Mən isə demişəm ki, xeyr, ehtiyac yoxdur. Mən atamı həmin şəxsdən üstün tuturam. Mən bir nömrəli binada yaşayıram. Sənin aldığın evi mən nə edirəm? Ruhunla mənim ruhum uyğunluq təşkil etmir. Mən balaca olanda görürdüm ki, anamın yanına iş yoldaşı gəlir, gözünün altında “fara” var idi. Anamdan soruşdum ki, nə olub qadına? Cavab verdi ki, əri içkili olub, döyüb. Daha sonra boşandı. Mən də özümə hörmət edirəm.

Özümü xoşbəxt hiss edirəm. Mən heç biri kişiyə “səni sevirəm” deməmişəm. Düşünürəm ki, müğənni tək yaşamalıdır. İllər əvvəl evimizə elçi gəldi. Ancaq alınmadı, nişan üzüyümü geri qaytardım. Anamla atam bir-birinə dəydi. Sonra digəri oldu. Dedilər ki, bu uşaq səninlə evlənmək istəyir. Soruşdum ki, neçə yaşın var? Cavab verdi ki, 32. Dedim get iş-gücünlə məşğul ol”.

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …

Bir cavab yazın