Ana səhifə / Aktual / “Dedi ki, telefonunu əlindən alıblar, bu, son sözü oldu…”

“Dedi ki, telefonunu əlindən alıblar, bu, son sözü oldu…”

Türkiyədə 18 yaşlı Azərbaycan vətəndaşı Abduləvval Orucov itkin düşüb. 

“ Azinforum.az ” xəbər verir ki, bu barədə Modern.az-a Orucovun anası Afət Bəşirova məlumat verib. Onun sözlərinə görə, oğlunu sonuncu dəfə fevralın 12-də görüb. Valideyn qeyd edib ki, Rezonhas liseyində təhsil alan oğlu pul qazanmaq məqsədilə həm də onun yanında işləyirmiş. Oğlu ilə günorta iş yerində ayrılan ana bir daha da onu görməyib. Amma o gün baş verənlər də şübhəli olub.

Belə ki, Abduləvval 2 dəfə telefonda anasına parkda oturduğunu deyib, sonuncu zəngdə isə Trabzona getdiyini bildirib. 

Bir gün sonra – fevralın 13-də Orucov başqa bir nömrədən anasına zəng edib və deyib ki, onlara 50 gün zəng edə bilməyəcək: “Dedi ki, telefonu əlindən alıblar. Bu, onun son sözü oldu və bundan sonra səs kəsildi. Bir daha da xəbər ala bilmədik. Sonradan zəng gələn sonuncu nömrəni arşadırdıq. Qazaxıstan kodlu mobil nömrə idi”. 

Afət Bəşirova oğlunun iş adı ilə aldadılıb hansısa dini qruplaşmaya aparıldığından qorxur: “Çünkü oğlum oxumağa görə yaxşı iş axtarırdı. Sakit və savadlı idi. Onun pis işlə məşğul olması mümkün deyil. Amma aldadıla bilərdi”. 

Abduəvvəl qeyri-müəyyən şəkildə evdən çıxsa da gedərkən xarici pasportunu götürməsi də diqqət çəkir. Bu, gəncin bir neçə zamandır ki, getməyi planlaşdırdığını göstərir. 

Qeyd edək ki, ailə dünən Azərbaycanın İstanbuldakı Konsulluğunda olub. Konsulluqdan ailəyə məsələ ilə maraqlanacaqlarını və bu barədə gedən işlə bağlı məlumat veriləcəyini deyiblər.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …