Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Daşınmaz Əmlakın Reyestri İdarəsi Beyləqanda çökür – Video

Daşınmaz Əmlakın Reyestri İdarəsi Beyləqanda çökür – Video

Gördüyünüz bu bina Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsidir. Həm də ki, dövlət əmlakıdır. Bu binanın tikilmə tarixi elə də uzaq deyil. Bina bir neçə il bundan əvvəl inşa olunub. Və həmin binanın inşasına da xeyli dövlət vəsaiti xərclənib. Bunu binanın əzəmətindən, möhtəşəmliyindən də açıq görmək mümkündür. Lakin nədənsə dövlət əmlakına aid olan bina bu günləri uçub dağılır. Hansı ki, həmin binanın içində elə bir başa dövlət əmlakının sahibləri, onu göz bəbəyi kimi qorumaqla görəvləndirilən şəxslər əyləşiblər.

Ancaq nə faydası, binanın uçub dağılmasına göz yumanlar da elə onların özləridir.Göründüyü kimi, dövlət əmlakına aid olan və hazırda da dövlətin inzibati resurslarının əyləşdiyi binanın üzərinə döşənmiş üzlük daşlar uçub dağılıb, binanın qarşısında yazılan Azərbaycan dövləti sözləri, eləcə də , dövlət qurumunun özünün xidməti adını əks etdirən həriflər isə təhrif olunub. Baxın, bu da dövlət qurumunda təmisil olunan, özü də dövlət əmlakını qorumağa cavabdeh olan vəzifəlilərin dövlətimizə olan sayğısı. Sözün bitdiyi qurum! Bizdən çəkib göstərmək , gerisi isə sizə qalır…

Həmçinin oxuyun

Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – Fotofakt

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Baku Electronics” MMC (VÖEN – …