Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / “Danışsam, batarsan…” – Avropadakı mühacirlər dalaşdı

“Danışsam, batarsan…” – Avropadakı mühacirlər dalaşdı

Avropaya sığınan azərbaycanlı mühacirlər qranta görə dalaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Məhəmməd Mirzəli və Tural Sadıqlı sosial şəbəkələrdə bir-birini təhqir ediblər.

Məlum olub ki, onlara qrant ayrılıb və T.Sadıqlı pulu Məhəmmədlə bölməyib.

T.Sadıqlı status yazaraq Məhəmməd barəsində “yoldaş deyib aramıza aldıq, axırda naxələflik etdi” deyə qeyd edib. Bunun səbəbi də M.Mirzəlinin “Youtube” administrasiyasına şikayət edərək T.Sadıqlı ilə birgə işlətdiyi “Azad söz” kanalını bağlatdırması olub.

M.Mirzəli isə T.Sadıqlı barəsində “Qrantı aldın, nə qrant verən təşkilatın adını açıqladın, nə də məbləği. Məni efirə çıxarıb məndən pul qazandın. Sən məndən istifadə etdin. Xalqın layihəsini də qrant üçün etdin. Sənin Bakıdakı fəaliyyətin barədə danışsam, batarsan. Almaniyadakı fəaliyyətini isə ikinci yazıya saxlayıram” deyə yazıb.

 

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …