Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Aktual / Damla: “Yuvamı yıxdılar, oğlumu atasız qoydular“ – Video

Damla: “Yuvamı yıxdılar, oğlumu atasız qoydular“ – Video

“Çox az müddət ailəli qaldım. Bu evliliyə görə peşman deyiləm”.

Bu sözləri müğənni Damla Xəzər telekanalında yayımlanan “Dəyişən Cavab” proqramında qonaq olarkən deyib.

İlk evliliyi barədə danışan ifaçı peşman olmadığını dilə gətirib:

“Peşman deyiləm. Çünki yaşama səbəbim – oğlum var. Yaşandı, bitdi. İndi arada hörmət var. Mən yox, övladım atası ilə görüşür”.

Onun sözlərinə görə keçmiş əri başqası ilə ailəli ola-ola onunla evlənib:

“Keçmiş həyat yoldaşım məni 17 yaşımda qaçırıb. İndi ailəlidir, övladı var. Allah xoşbəxt etsin, evliliyi daimi olsun. Xəyanət haqda danışmaq istəmirəm. Evləndikdən sonra xaricə getdik. Onun orada başqa ailəsi var idi, buna görə də evlilik bitdi. Yuvamı yıxdılar, oğlumu atasız qoydular. Ona görə də heç bir qadına onu yaşatmaram. Heç bir insanın həyatı və duyğuları ilə oynamaq olmaz”.

Həmin görüntüləri təqdim edirik:

Həmçinin oxuyun

“Sağ olsun, Azərbaycan ehtiyacımız olan həm qrup, həm də texnika göndərdi” – Çavuşoğlu

“Bəzi dost, qardaş ölkələr və özəl şirkətlər Türkiyədə yanğınların söndürülməsi və meşələrin mühafizəsində ilk başdan …