Çərşənbə , İyun 19 2019
Ana səhifə / DAK HƏMSƏDRLƏRİ ARASINDA CİDDİ NARAZILIQ – QURULTAY HARADA KEÇİRİLSİN?

DAK HƏMSƏDRLƏRİ ARASINDA CİDDİ NARAZILIQ – QURULTAY HARADA KEÇİRİLSİN?

Azinforum.az xəbər verir ki, hazırda Dünya Azərbaycanlıları Konqresinin (DAK) növbəti 13-cü qurultayının harada keçirilməsilə bağlı qurum daxilində ciddi fikir ayrılığı yaşanır. Qeyd edək ki, DAK-ın növbəti qurultayının İstanbul şəhərində keçirilməsi barədə ilkin razılıq əldə edilmişdi. Ancaq sonradan əslən Cənubi Azərbaycandan olan  bəzi  DAK funksionerləri qurultayın Türkiyədə keçirilməsinə ciddi etiraz etməyə başlayıb.

Sabir-Rustemxanli-Firidun-Pervizniya

 

Bizə verilən məlumatda bildirilir ki,  nə  qədər qəribə olsa da, qurultayın İstanbulda keçirilməsinə  etiraz edənlərin sırasında DAK -ın digər həmsədri  Firudun Pərvizniya da yer alır. Etirazçılar  fikirlərini Türkiyədə İran kəşfiyyatının güclü əlaqələrə malik olması ilə arqumentləşdirir və tələb edilir ki, tədbir Avropada keçirilsin. 

DAK həmsədri Sabir Rüstəmxanlının  İstanbul seçimində güzəştə getmək istəmədiyi deyilir. Hətta bu barədə qurumun İdarə Heyətində ciddi müzakirənin keçirildiyi bildirilir. 

Mənbənin dediyinə görə, şəhər seçimilə bağlı ortaq məxrəcə gəlinməsə, qurultayın bir çox cənublular tərəfində baykot ediləcəyi gözlənilir.

 

Rövşən ƏLİ

Azinforum.az

 

 

 

Həmçinin oxuyun

Aynar Məmmədov baş müşavir oldu – SƏRƏNCAM

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, sabiq millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova …

Bir cavab yazın