Ana səhifə / Aktual / DAK-da GƏRGİNLİK – XƏZƏR EMİNİN “QİYAMÇILAR”IN  TOPLANTISINDA İŞTİRAKI ARANI QATIB (VİDEO)

DAK-da GƏRGİNLİK – XƏZƏR EMİNİN “QİYAMÇILAR”IN  TOPLANTISINDA İŞTİRAKI ARANI QATIB (VİDEO)

Azinforum.az-ın əldə etdiyi məlumata görə, bu yaxınalrda baş verən bir hadisə  Dünya Azərbaycanlıları Konqresi (DAK) rəhbərliyi arasında ciddi narazılıq yaradıb. Bizə məlumat verən mənbənin dediyinə görə, DAK-dakı vəziyyətin gərginləşməsinə səbəb noyabrın 27-sində Bakının Nərimanov rayonu ərazisində yerləşən “Askar” oteldə DAK İdarə Heyətinin üzvləri  adı ilə toplantının keçirilməsi və həmin tədbirdə Sabir Rüstməxanlının müavinlərindən birinin də iştirak etməsi olub.

DAK-ın birləşdirici qurultayı adı ilə düzənlənən həmin tədbirdə İsveçdən olan qonaqlarla yanaşı, Azərbaycan ictimaiyyətinin də nümayəndələri iştirak ediblər.
Məlum olub ki, iştirakçılar Dünya Azərbaycanlıları Konqresinin 26-27-28 fevral 2016-cı ildə Xocalı soyqırımının ildönümündə planlaşdırılan Birlik-Bərabərlik və Qardaşlıq Qurultayının hazırlıq planlarından, DAK-ın parçalanmasının səbəblərindən və birləşdirilməsi üçün atılacaq addımlardan danışıblar.

Maraqlıdır ki, keçirilən həmin tədbir DAK tərəfindən böyük narazılıqla qarşılanıb.  Xural.com-un yaydığı vedeomaterialdan  da görünür ki, DAK icra aparatının rəhbəri Samir Adığgözəlli  ikin nəfər gənclə birlikdə tədbirin keçirildiyi zala daxil olaraq, öz kəskin etirazını bildirir və  DAK-ın legetim strukturları adından kimlərinsə danışmağa haqqı olmadığını söyləyir.  

dak9

Ən diqqət çəkən məqam isə, keçirilən tədbirdə DAK idarə heyətinin üzvü və qurumun sədr müavini Xəzər Eminin iştirakı olub. Cünki, videgörüntüdən də görünür ki, həmin tədbirdə Sabir Rüstəmxanlının əleyinə kifayət qədər tənqid səsləndirilir, ancaq Xəzər Emin onlara etiraz etmir. Hətta İstanbul qurultayında təmtaraqla iştirak edən, sonradan isə təşkilatdan getdiyini bildirən Əjdər Tağızadə Xəzər Eminə xitabən ünvanladığı sual vasitəsilə DAK-ın İsveçdə onun adına qeydiyyatdan keçdiyinə dair təsdiq cavabını belə ikincidən alır. Qəribə paradoks yaranır. Xəzər Emin Sabir

Rüstəmxanlının müavinidirsə, onda həmin toplantiya niyə qatılıb? Orada DAK-ı təmsil edibsə, niyə onun təmsil olunduğu qurum və onun rəhbərliyi haqda səslənən ittihamlara  lazımi reaksiyanı vermir? Həqiqətən oradakı insanlarla həmfikirdisə, niyə DAK-dan istefa verib həmin adamların sırasına qoşulmur?

Bu, bizi bir tərəfsiz jurnalist olaraq maraqlandıran suallardır. Heç şübhə etmirik ki, bu məzmunda olan suallarla Xəzər Eminə  Sabir Rüstəmxanlı da müraciət edib. Əldə etdiyimiz məlumata görə, Xəzər Eminin DAK əleyhinə olan bir toplantıya qatılması qurumun rəhbərliyi tərəfindən böyük narazılıqla qarşılanıb. Hətta deyilənə  görə, DAK-ın bəzi funksionerləri Xəzər Eminin həmin toplantıdakı iştirakına görə cəzalandırılmasını  tələb edirlər.  Yəqin ki, Sabir Rüstəmxanlı bu məsələ ilə bağlı konkret qərarını açıqlamaq məcburiyyətində qalacaq. Cünki prinsipial qərarın verilməyəcəyi təqdirdə, DAK-dakı gərginliyin açıq müstəviyə qədəm qoyacağına qəti şübhə yoxdur.

Biz yayılan xəbərləri və videodakı kadrlarda əks edilən görüntülərə aydınlıq gətirmək üçün Xəzər Eminlə əlaqə saxladıq.

sam

 

Xəzər Emin Azinforum.az-a açıqlamasında bildirdi ki, Bakıdakı otellərdən birində keçirilən toplantıda həqiqətən iştirak edib: “Bu məsələdə heç bir qəbahət də görmürəm.  Orda olanlar xalq düşməni deyillər ki? Çoxları ilə şəxsi tanışlığımız və yaxın münasibətimiz var”.

“Sizin həmin tədbirdə iştirakınız DAK rəhbərliyi ilə razılaşdırılmışdı” – sualına  Xəzər Emin belə cavab verdi: “Mən ora getməzdən əvvəl Sabir Rüstəmxanlıya bir neçə dəfə zəng vurdum, ancaq danışa bilmədim. Sonra, hazırda xaricdə olan DAK-ın digər həmsədri Firudin bəylə danışdım. O, mənim həmin tədbirə qatılmağıma etiraz etmədi.  Orada müzakirə olunan məsələ bizim hamımıza lazımdır. Bu, milli bir təşkilatdır. Nə qədər güclü olsa, o qədər yaxşıdır.  Təəssüflər olsun ki, mənim həmin toplantıda etdiyim çıxışı tam verməyiblər. Toplantıda elə fikirlər olub ki, mən ona kəskin etirazımı etmişəm. Bir sözlə, bu məsələni pis yerə yozmaq lazım deyil. Mən, həmi tədbirdə DAK-ı layiqincə təmsil etmişəm. Ordakı iştirakımla bağlı DAK idarə heyətinin toplantısında geniş izahat vermişəm. Təşkilatdaxilində olan bəzi kiçik məsələlər var ki, bu barədə danışmaq istəmirəm. Hazırda bu məsələ ilə bağlı Sabir Rüstəmxanlı ilə aramızda heç bir narazılıq yoxdur”

“Hər detal düz idisə onda DAK-ın digər təmsilçisi  olan Samir Adıgözəlli niyə tədibirə etiraz edirdi” – sualına Xəzər Eminin cavabı belə oldu:

“Samir bəyin özünə də orda əyləşmək təklif edildi. Prinsipcə, onun da tədbirdə iştirakı normal olardı. Sonra isə Ədər Tağızadə mənə dedi ki, Samir Adıgözəlli otel rəhbərliyinə özünü hansısa dövlət qurumunun əməkdaşı kimi təqdim edib. Yəqin ki, narazılığa səbəb belə kiçik detallar olub”.

DAK icra aparatının rəhbəri Samir Adıgözəlli isə Azinforum.az-a açıqlamasında bildirdi ki, heç vaxt tutduğu nalayiq əməllərə görə DAK-dan qovulan Əjdər Tağızadə kimi ünsürlə bir masa ətrafında oturmağı özünə rəva bilməz:

“Mən ,özümü hansısa qurumun əməkdaşı yox, DAK təmsilçisi kimi təqdim etmişəm. Videoda bu tam əks olunub. Sonra videoya baxanda gördüm ki, Əjdər Tağızadə mənim arxamca nalayiq ifadələr işlədir. Hətta öz tərbiyəsinə uyğun olaraq  xanımları da  arxasınca qeybət edir.  Bu, əxlaqda, tərbiyyədə olan adam hansı böyük ideyalardan danışa bilər. Orda olan bəzi insanlar sırf dəladuzdur. Təbii ki, hamısına şamil edə bilmərəm. Onların içində gözəl ziyalılarımız da var. Amma insanlara fırıldaq gələrək onlara böyük məbləğdə maddi ziyan vuran həmin adamlar gərək utanaraq xalq içinə çıxmasınlar. Yaxın günlərdə: istər Mərdan Seyidbəylinin, istərsə də Əjdər Tağızadənin əməlləri barədə geniş açıqlamalar verəcəm”.

Azinforum.az qalmaqala səbəb olan tədbirin videosunu təqdim edir.

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

 

 

 

Həmçinin oxuyun

Emin Əmrullayev köhnə eşalonun kadrıdır? – İDDİA

Emin Əmrullayevin Təhsil Naziri təyin olunmasını içtimaiyyət heç də müsbət qarşılamadı.37 yaşlı gənc kadr işə …

Bir cavab yazın