Bazar ertəsi , Mart 20 2023
Ana səhifə / Aktual / Daha yüksək vəzifəli şəxslərin “Tərtər işi”ndə nöqsanları var – DEPUTAT

Daha yüksək vəzifəli şəxslərin “Tərtər işi”ndə nöqsanları var – DEPUTAT

“Xanlar Vəliyevdən də yuxarı vəzifədə olan insanların “Tərtər işi”ndə kifayət qədər nöqsanları var”.

Bunu Bakupost.az -a açıqlamasına millət vəkili Vahid Əhmədov deyib.
O bildirib ki, “Tərtər işi” ilə bağlı istintaqın yekunlaşmasına müəyyən vaxt lazımdır:

“Hesab edirəm ki, “Tərtər işi” ilə əlaqədar müəyyən işlər görülüb, bəzi insanlar həbs edilib. Amma bu iş tezliklə axıra çatdırılmalıdır. “Tərtər işi”ndə əli olanların hamısı cəzalarını almalıdırlar. Söhbət təkcə Xanlar Vəliyevdən getmir, ondan da yüksək vəzifəli insanlar olub ki, bu işdə əli, kifayət qədər nöqsanları var. Onlar da cəzalanmalıdırlar. Müəyyən vaxt lazımdır ki, bunlar araşdırılıb axıra çatdırılsın”.

Həmçinin oxuyun

Polkovnik: Vəziyyət pisdir və müharibə hər an başlaya bilər

“Türkiyənin Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, qoşun növü komandanları …