Ana səhifə / Aktual / “Daha yaxşı oynayacam” – Vüqar Nadirov

“Daha yaxşı oynayacam” – Vüqar Nadirov

“Qəbələ” Avroliqada mübarizə aparmış komandadır. Yaxşı rəqibə qarşı mübarizə apardıq. Amma düşünürəm ki, hesab heç-heçə olsaydı, daha yaxşı olardı”.
Bu sözləri Qol.az-a açıqlamasında “Səbail”in futbolçusu Vüqar Nadirov Topaz Premyer Liqanın 5-ci turunda dünən “Qəbələ”yə məğlub olduqları oyun (1:3) haqda danışarkən deyib.
O, komandasının mövsümə uğursuz başlamasını təcrübəsizliklə əlaqələndirib: “Səbail” hələ yeni komandadır, 5-10 ilin komandası deyil ki. Heç uzun illərin komandaları bizim qədər hücum etmirlər. Hər oyunda xeyli hücum edirik. Amma bəxtimiz gətirmir. \”Qəbələ” ilə oyunda hesabı bərabərləşdirmişdik, ancaq təcrübəsizlik öz sözünü dedi. Daha sonra qapımızdan 2 qol buraxdıq\”.
30 yaşlı hücumçu dünən cərimə zərbəsindən “Qəbələ”yə vurduğu qol haqda da danışıb: “Əvvəlcədən məşq zamanı Elman Taqayevlə cərimə zərbələrini məşq etmişdik. O, topu irəli doğru buraxmalı, mən də zərbə vurmalı idim. Beləcə, dünənki oyunda bu, uğurlu alındı”.
Millimizin sabiq üzvü növbəti oyunlarda daha yaxşı formada olacağını söyləyib: “Fikrimcə, oyundan-oyuna daha yaxşı oynayacam. Hər matçda maksimum gücümü ortaya qoyuram. Düşünürəm ki, növbəti oyunlarda daha yaxşı formada olacam”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın