Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Daha üç ölkədə koronavirus aşkarlandı

Daha üç ölkədə koronavirus aşkarlandı

Bəhreyn, Küveyt və Əfqanıstanda koronavirusa yoluxma halları qeydə alınıb. 

“Arab News” xəbər verir ki, Bəhreyndə koronavirus diaqnozu İrandan gəlmiş vətəndaşa qoyulub.

Küveytdə isə 3 nəfərin koronavirusa yoluxması faktı aşkarlanıb. Onlardan biri İrandan gəlmiş Səudiyyə Ərəbistanı vətəndaşıdır. 

Məlumata görə, xəstə müalicə alanadək Küveytdə qalacaq.

Eyni zamanda Əfqanıstanda da ilk koronavirus hadisəsinin qeydə alındığına dair məlumat yayılıb/Report. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …