Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Aktual / Daha bir telekanal rəhbəri istefaya göndərilir – Milyonluq yeyinti

Daha bir telekanal rəhbəri istefaya göndərilir – Milyonluq yeyinti

ATV-nin sabiq prezidenti Vüqar Qaradağlıdan sonra, daha bir telekanalın rəhbəri yaxında vəzifədən azad oluna bilər. Bu haqda Hurriyyet.org-a məlumat verən mənbə bildirir ki, aparıcı telekanalın birində aparılan yoxlamalar ciddi yeyinti faktlarını ortaya çıxarıb. Bu səbəbdən də telekanal rəhbərinin yaxın günlərdə istefaya göndəriləcəyi gözlənilir…

Mənbə deyir ki, son vaxtlar barəsində mətbuatda çox ciddi faktlar açıqlanan, bahalı villalarının və restoranlarının fotoları yayılan telekanal rəhbəri barəsində cinayət işinin açılacağı da istisna deyil. Çünki büdcədən yayındırılan və “yeyilən” vəsaitin həcmi həddindən artıq çoxdur.

Bütün bunlarla yanaşı, aparılan araşdırma nəticəsində onun barəsində bir sıra sensasion faktlar da üzə çıxarılıb ki, bu barədə geniş faktlarla tezliklə Hurriyyet.org-da tanış ola bləcəksiniz. Bizi izləyin.

Həmçinin oxuyun

Mikayıl Cabbarov təkzib edir

“Azərbaycan, SOCAR da daxil olmaqla, iri dövlət şirkətlərindəki səhmlərini satmağı planlaşdırmır”. Bunu ölkənin iqtisadiyyat naziri …