Şənbə , May 28 2022
Ana səhifə / Aktual / Daha bir mətbuat katibi vəzifədən çıxarıldı

Daha bir mətbuat katibi vəzifədən çıxarıldı

Bakı Slavyan Universitetinin mətbuat katibi Mənsur İbrahimli vəzifəsindən azad edilib.

Azinforum.az xəbər verir ki, bu barədə Axar.az-a etibarlı mənbədən məlumat daxil olub.

Bildirilib ki, hələ universitetə yeni mətbuat katibi təyin olunmayıb.

Mənbənin məlumatına görə, BSU-nun yeni rektoru Anar Nağıyev universitetdə ciddi kadr islahatları aparır. A.Nağıyev sabiq rektor Nurlana Əliyevanın adı rüşvətdə hallanan kadrlarının çoxunu vəzifədən kənarlaşdırır.

Qeyd edək ki, M.İbrahimli 2019-cu ildən BSU-nun mətbuat katibi vəzifəsində çalışırdı

Həmçinin oxuyun

“Bugünkü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisidir” — Nəsiman Yaqublu

Düz 104 il əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına …