Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Daha bir jurnalistin namizədliyi qeydə alındı: “Qarşıda bizi daha çətin mərhələ gözləyir”

Daha bir jurnalistin namizədliyi qeydə alındı: “Qarşıda bizi daha çətin mərhələ gözləyir”

“Olaylar” qəzetinin əməkdaşı Süleyman İsmayılbəylinin deputatlığa namizədliyi qeydə alınıb.

Mia.az xəbər verir ki, bu barədə onun özü məlumat verib.

Jurnalist bildirib ki, 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyi bu gün qeydə alınıb: “Bu müddət ərzində mənə dəstək olan hər kəsə, ilkin olaraq etimad göstərib imza verən bütün rayon sakinlərinə dərin təşəkkürümü bildirirəm. Qarşıda bizi daha çətin mərhələ gözləyir. Ümid edirəm ki, bundan sonra da uğur bizimlə olacaq. HƏR ŞEY YEVLAX ÜÇÜN, HƏR ŞEY YEVLAXLILAR ÜÇÜN.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …