Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / Daha bir icra hakimiyyəti 55 min manatlıq xidməti avtomobil alıb

Daha bir icra hakimiyyəti 55 min manatlıq xidməti avtomobil alıb

Mingəçevir şəhər icra hakimiyyəti minik avtomobilinin satın alınmasına dair “Nurgün Motors” MMC ilə tender müqaviləsi imzalayıb.

“Finans.az”ın əldə etdiyi məlumata əsasən, bu satınalma müqabilində İcra hakimiyyəti tərəfindən “Nurgün Motors”a 54 700 manat ödəniləcək.

Xatırladaq ki, daha əvvəl İsmayıllı rayon icra hakimiyyəti “Nurgün Motors” ilə xidməti avtomobilin alınmasına dair 54 950 manat dəyərində satınalma müqaviləsi imzalamışdı.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …