Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / Daha bir həkim terroru: 1.6 ildir ayılmayan xəstə və girov götürülən şəxsiyyət vəsiqəsi…- Şikayət

Daha bir həkim terroru: 1.6 ildir ayılmayan xəstə və girov götürülən şəxsiyyət vəsiqəsi…- Şikayət

Göyçay rayon sakinləri Akif Əlisahib oğlu Əhmədovla Tükəzban Əlimürsəl qızı Əhmədovanın imzası ilə Strateq.az-a şikayət məktubu daxil olub.
Şikayətçilər yazırlar ki, övladları 27 yaşlı Aygün Göyçay Mərkəzi Rayon Xəstəxanasının həkimlərinin səriştəsizliyi, savadsızlığı və qanunsuzluğu  nəticəsində 1 il 6 aydır ki, sağalmaz yataq xəstəsi olub:
“Qızımız cərrahiyə əməliyyatından sonra indiyə qədər ayılmır, hərəkətsiz şəkildə yataqda qalıb ki,  bunu edən səriştəsiz həkimlər cinayət məsuliyyəti daşısalar da, onlar rüşvət verib məsuliyyətdən kənarda qala biliblər.
Diqqətinizə çatdıraq ki, 2013-cü ilin noyabr ayında Aygünü Göyçay Mərkəzi Rayon Xəstəxanasında Vladimir həkim müayinə edərək, iki iynə yazdı. Həmin iynələr vurulandan sonra bərk  pristupu tutdu deyə, bizə demədən Rövşən adlı həkim qızımızı cərrahiyə əməliyyatı edib. Hansı xəstəliyə görə 7 saat 30 dəqiqə cərrahiyə əməliyatı edilməsi barədə bizə heç bir məlumat verilmədi. Həmin gündən qızımız sağalmaz və tam hərəkətsiz şəkildə yataq xəstəsi oldu. Həkimlər isə başdan edib deyirlər ki, narahat olmayın, qızınız ayılacaq. 1 il 6 aydır  ayılmayan xəstənin artıq bundan sonra sağalması qeyri-mümkün görünür”.
Şikayətçilər bildirirlər ki, 17 dekabr 2014-cü il tarixdə xəstəni Bakı şəhərinə 2 saylı Klinikada stasionar qaydada müalicə etdirsələr də, heç bir irəlləyiş olmayıb: “Orada da Sevda adlı həkim 800 manat pulumuzu aldı. Hətta dediyi 1200 manat puldan 400 manat çatmadığı üçün xəstə qızımızın şəxsiyyət vəsiqəsini qaytarmadı girov saxladı. Savadsızlığımızdan və kimsəsizliyimizdən sui-istifadə edib, bizə dəhşətli özbaşınalıqlar ediblər. Bizim Göyçay  Mərkəzi Rayon Xəstəxanasının həkimlərinin bu qanunsuzluqları barədə orqanlara etdiyimiz şikayət ərizələrimizi pul gücünə ört-basdır edilir. Hətta şikayət etdiyimiz üçün bizi Göyçay RPŞ-də saxlayıblar da. Ortada görünən isə odur ki, Göyçay MRX-nın həkimlərinin səriştəsizliyi, qanunsuzluğu nəticəsində sağlam övladımız 1 il 6 aydır ki, hərəkətsiz şəkildə yataq xəstəsinə çevrilib. Bu konkret olaraq cinayət əməlidir ki,  Göyçay MRX-nın həkimləri törədiblər.
Göyçay MRX-nın baş həkimi Famil Zeynalovun, Rövşən həkimin, Vladimir həkimin və Bakı şəhərində yerləşən  2 saylı Klinikanın Sevda adlı həkimin əməlləri tam, hərtərəfli və obyektiv araşdırılmalı, onların barəsində qanunu tədbirlər görülməlidir”.
Valideynlər Prezident İlham Əliyevə və digər aidiyyatı dövlət qurumlarının rəhbərlərinə üz tutaraq, baş verən hadisənin obyektib araşdırılıb, günahkarların cəzalandırılmasını xahiş ediblər:
“Sizə yalvarırıq,  şikayət ərizəmizi Göyçay rayon prokurorluğuna göndərmədən şəxsən nəzarətinizlə obyektiv araşdırılıb, saxtakarlıqla məşğul olan Göyçay MRX-nin Famil, Vladimr, Rövşən adlı həkimləri və Bakı şəhərində yerləşən 2 saylı Klinikanın Sevda adlı həkimi barədə qanunu tədbirlər görəsiniz”.
 Şikayətdə adı hallananların da mövqeyini dinləməyə hazırıq.

Həmçinin oxuyun

Şuşa ətrafında əsgərlərimiz, yoldan keçən ermənilər, yüksək səslə Azərbaycan milli musiqisi…

Noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi və Azərbaycanın nəzarətiə qaytarıldı. Beləliklə, Dağlıq Qarabağ ermənilərini Ermənistanla …

Bir cavab yazın