Ana səhifə / Aktual / Daha bir dərslik qalmaqalı-  Ədəbiyyat kitabın üz qabığında işğalçı ordununun şəkili var

Daha bir dərslik qalmaqalı-  Ədəbiyyat kitabın üz qabığında işğalçı ordununun şəkili var

Qızı 5-ci sinifdə təhsil alan  Tural Huseynli orta məktəb şagirdləri üçün çap edilən dərsliklərdən birində növbəti kobud səvi aşkarlayıb. Azinforum.az-a görndərilən yazıda bildirilir ki,  5-ci siniflər üçün rusca “Литература”  (Ədəbiyyat) dərsliyinin üz qabığında niyəsə adı və əsəri dərslikdə öz əksini tapan hər hansı bir ədibin deyil, çar ordusunun Azərbaycana hücumunun əksi olan bir şəkil yer alıb. Tural Hüseynli yazır: “Bizi maraqlandıran məsələ budur ki, bu kitab “Ədəbiyyat” dərsliyi ola-ola üzərində XIX əsrin əvələrində rus ordusunun Azərbaycana işğalcı yürüşlərini əks etdirən şəkilərindən biridir. Yəni bu dərsliyin üz qabığında, mən başa düşdüyümə görə, işğalçı ölkənin ordusu təbliğ edilir. Halbuki burada hansısa ədibin və ya ədəbiyyata aid hansısa təsvir də ola bilərdi”.  qeyd edək ki, bir neçə gün əvvəl 10-cu siniflər üçün “Ümumi tarix” dərsliyində yol verilmiş kobud səhvlik də ictimaiyyət tərəfindən böyük qəzəblə qarşılanıb. Azinforum.az sözügedən dərsliyin fotosunu təqdim edir.

 

Çinarə

Azinforum.az

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …