Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Daha bir alıcı Hyundai Accent qazandı – Fotolar

Daha bir alıcı Hyundai Accent qazandı – Fotolar

Azərbaycanın ən böyük mağaza şəbəkələrindən biri olan Baku Electronics tərəfindən keçirilən “Real şans, real hədiyyə” kampaniyasında daha bir bəxtəvər alıcı alış-veriş edərkən avtomobil qazanıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı sakini Fəridə Dadaşova Əhmədlidə yerləşən Baku Electronics mağazasında mobil telefon alarkən xoş hadisə ilə rastlaşıb – “Real şans, real hədiyyə” kampaniyasında bəxtinə avtomobil düşüb.

Avtomobilin udulma anı mağazanın təhlükəsizlik kamerasına belə düşüb:

https://youtu.be/P8sm0xmwx2o

“Real şans, real hədiyyə” stimullaşdırıcı lotereyasında 8 Hyundai Accent oynanılır. Bu, udulmuş 3-cü avtomobildir və daha 5 avtomobil isə hələ öz bəxtəvər alıcısını gözləyir.

Maşınla yanaşı bu kampaniyada 50 mindən çox digər hədiyyələr, o cümlədən onlarla iPhone-8, soyuducu, paltaryuyan, televizor udmaq şansı var. Kampaniyada iştirak etmək üçün sadəcə 200 manat üzərində istənilən əşyanı həm nağd, həm də hissə-hissə ödəməklə almaq kifayətdir. Uduşlu lotereya 16 yanvar tarixindədək davam edəcək.

Ətraflı məlumat üçün: www.bakuelectronics.az/realsans


Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …