Şənbə , Yanvar 16 2021
Ana səhifə / Aktual / Daha 4 rayonun prokuroru dəyişdi

Daha 4 rayonun prokuroru dəyişdi

Azərbaycan prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Ramazan Hadıyev Beyləqan, Rauf Gözəlov Qazax, Nazim Babayev Qəbələ, Behruz İbrahimov isə Yardımlı rayonunun prokuroru vəzifələrinə təyin ediliblər.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdiriləcək.

Həmçinin oxuyun

Regionda birgə inkişaf: Ermənistanın dirçəlməsi bizə nə vəd edir? – I HİSSƏ – TƏHLİL

Yanvar ayının 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri …